BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı iclası keçirilir
BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı iclası keçirilir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, virtual formatda keçiriləın iclasda çıxış edən BMT baş katibi Antonio Quterreş bildirib ki, Qəzza və İsrail arasında yaranmış bu gərginlik son illərdə meydana çıxmış ən ciddi toqquşmadır.BMT baş katibi qeyd edib ki, bu gərginlik insan tələfatına və dağıntılara səbəb olur və nəticə etibarilə sülh içində birgə yaşayıla bağlı ümidlər məhv olur.
"Döyüş dərhal dayandırılmalıdır. Tərəflər bir-birini bombardman etməyi, bir-birinə raket atmağı dayandırmalıdır. Mən bütün tərəflərə bu çağırışı eşitmələriüçün müraciət edirəm.Bu zərbələr çoxsaylı insan tələfatına, böyük miqyaslı dağıntılara və həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına səbəb olur.
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində artmaqda olan ölən mülki vətəndaşların, qadınların, uşaqların sayından dəhşətə gəlirəm. Həmçinin Qəzzadan atılan raketlər nəticəsində mülki vətəndaşların, uşaqların ölümünə kədərlənirəm.İsrail polis qüvvələri ilə fələstinlilər arasında Qüds də daxil olmaqla İordan çayının Qərb sahilində yaşanan toqquşmalardan dərin narahatlıq keçirirəm.Hər iki tərəf gərginlik yardan ritorikadan çəkinməlidir, onların bununla bağlı məsuliyyəti var", - deyə Antonio Quterreş vurğulayıb.
BMT baş katibi bildirib ki, bu vəziyyət hər iki cəmiyyət üçün və ümumilikdə region üçün ağır nəticələrə gətirib çıxara bilər. "Bu humanitar böhranı daha da ağırlaşdıra və ekstremizmi gücləndirə bilər.BMT davamlı sülhün və sabitliyin əldə olunması ilə bağlıfəaliyyətinə sadiqdir və bunun üçün çalışır".
A. Quterreş vurğulayıb ki, münaqişənin yeganə həlli iki dövlət prinsipi əsasında həllinəəsaslanır və tərəflər bununla bağlı danışıqlara dönməlidir:"Razılaşdırılmış siyasi həll yolu bu şiddətin təkrarlanmasının qarşısını alacaq".
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...