Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

07
noy
2019
20:07
Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin sayı açıqlandı
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.BAKU.WS xəbər verir ki, iclasın əvvəlində MSK-nın 5 noyabr 2019-cu il tarixli protokolu təsdiq olun...
