Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb

Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb
Hadisə 1578
Bloqqer Mehman Hüseynov cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, ona anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etmək üçün verilən icazənin müddəti başa çatıb. M.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisəsinə aparılıb.Xatırladaq ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-də vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.BAKU.WS

Oxşar xəbərlər

Mehman Hüseynov anasının dəfn mərasimində iştirak edir – VİDEO

Mehman Hüseynov anasının dəfn mərasimində iştirak edir – VİDEO

Hazırda bloger Mehman Hüseynovun anasının dəfn mərasimi keçirilir.BAKU.WS xəbər verir ki, dəfndə Mehman Hüseynov da iştirak edir. Qeyd edək ki, ötən gün Penite...

12799 Hadisə 11:50 07 avqust 2018

Son xəbərlər