Mehman Hüseynov anasının dəfn mərasimində iştirak edir – VİDEO

Mehman Hüseynov anasının dəfn mərasimində iştirak edir – VİDEO
Video
Hadisə 12799
Hazırda bloger Mehman Hüseynovun anasının dəfn mərasimi keçirilir.BAKU.WS xəbər verir ki, dəfndə Mehman Hüseynov da iştirak edir. Qeyd edək ki, ötən gün Penitensiar Xidmətin qərarına əsasən həbsdə olan bloger Mehman Hüseynov anasının yas mərasimində iştirak etmək üçün evə buraxılıb. Xatırladaq ki, Emin və Mehman Hüseynov qardaşlarının anası vəfat edib. Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib. Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Cavid BabayevBAKU.WS

Oxşar xəbərlər

Mehman Hüseynovla bağlı qərar verildi - anasının yasında iştirak edəcək

Mehman Hüseynovla bağlı qərar verildi - anasının yasında iştirak edəcək

Həbsdə olan bloger Mehman Hüseynov anasının yas mərasimində iştirak edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “h...

4505 Hadisə 16:16 06 avqust 2018

Son xəbərlər