Mehman Hüseynovun həbsindən sonra "Sancaq" səhifəsini kim idarə edəcək?
Xəbər verdiyimiz kimi, blogger Mehman Hüseynov bu gün həbs olunub.
Azxeber.com-un məlumatına görə, Mehman Hüseynovun həbsindən sonra qardaşı hüquq müdafiəçisi Emin Hüseynov "Sancaq production" səhifəsində canlı yayıma çıxıb.
O bildirib ki, Mehmanın həbsindən sonra "Sancaq" səhifəsini özü idarə edəcək: "Mən qeyd etmək istəyirəm ki, bundan sonra səhifəni mən və dostlarımız idarə edəcək. Bu işə könüllü qoşulmaq istəyənlər varsa, onlarla da danışa bilərik".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi bloggeri xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Məhkəmənin qərarı ilə blogger 2 illik həbs olunub.
BAKU.WS
Oxşar xəbərlər
Mehman Hüseynovun harada saxlanılacağı bilindi
Bu gün Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış bloqqer Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasına apar...