Belqorod administrasiyasının binasına Ukrayna PUA-sı çırpılıb - FOTO
12
mar
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatının Rusiyanın Belqorod administrasiya binasına çırpılması nəticəsində iki şəxs yaralanıb.
Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
"Belqorodda düşmən PUA-sı şəhər administrasiyasının binasına çırpılıb. İki qurban var: bir nəfər qəlpə yaraları alıb, ikincidə beyin silkələnməsi olub. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o qubernator vurğulayıb.
Qubernatorun sözlərinə görə, partlayış nəticəsində binanın şüşələri sınıb, fasadı ziyan görüb.
Qalereya
Oxşar xəbərlər
Neft bazasında yanğın - Ukrayna SQ Rusiyanın bir sıra bölgələrinə hücum edib - VİDEO
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz təyyarənin hücumundan sonra Dolqoe kəndi yaxınlığındakı neft bazasında yanğın baş verib. BA...