Baxtadze: Polisin qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb

Baxtadze: Polisin qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb
Siyasət 380
İyunun 20-də Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb.BAKU.WS-in məlumatına görə, bu sözləri Gürcüstanın Baş Naziri Mamuka Baxtadze iyunun 20-də ölkədə baş verən hadisələrlə bağlı bu gün keçirdiyi brifinqdə söyləyib.Nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılığa və təhqiramiz ifadələrə məruz qalıblar. O gecə hadisələr elə cərəyan edib ki, baş verənlərə cavab vermək üçün nə Daxili İşlər Nazirliyinin, nə də onun rəhbərinin başqa seçimi olmayıb. Polis əməkdaşları paytaxtda nizam-intizamı qorumaq üçün Konstitusiyaya uyğun olaraq vəzifə borcunu yerinə yetiriblər.M.Baxtadze həmin gün çox ağır mənzərənin şahidi olduğunu qeyd edib: “Həm vətəndaşlar, həm də polis əməkdaşları xəsarətlər aldılar. Vətəndaşlarımızın xəsarət alması baxımından nəticə ağırdır. İnsan sağlamlığından vacib heç nə yoxdur”.

Oxşar xəbərlər

Gürcüstanda deputatın həbsinə qərar verilib

Gürcüstanda deputatın həbsinə qərar verilib

Gürcüstanın Baş prokurorluğu parlamentin müxalifdə olan Vahid Milli Birlik Partiyasının deputatı Nika Melianın həbsi ilə bağlı qərar qəbul edib.BAKU.WS xəbər ve...

698 Siyasət 23:43 25 iyun 2019

Son xəbərlər