Gürcüstanda deputatın həbsinə qərar verilib

25
iyn
2019
23:43
Gürcüstanın Baş prokurorluğu parlamentin müxalifdə olan Vahid Milli Birlik Partiyasının deputatı Nika Melianın həbsi ilə bağlı qərar qəbul edib.BAKU.WS xəbər verir ki, deputat iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşların əsas təşkilatçılarından biri olmaqda şübhəli bilinir.Baş prokurorluq Nika Melianın həbsinə icazə verilməsi ilə bağlı artıq parlamentə müraciət edib.Məlumat üçün qeyd edək ki, Tbilisidə iyunun 20-si və 21-də etiraz aksiyası zamanı polislə vətəndaşlar arasında ciddi qarşıdurma yaranmışdı. İğtişaşlar zamanı 250-yə yaxın insan yaralanıb, 305 nəfər saxlanılıb.Baş verən hadisədə səlahiyyət həddini aşdığına görə, 10 polis əməkdaşı işdən qovulub, iki polis əməkdaşı barəsində cinayət işi açılıb.Artıq saxlanılan etirazçıların 55-i azadlığa buraxılıb.
Oxşar xəbərlər
Tbilisidə kütləvi etiraz aksiyaları - Qaynar nöqtədən müxbirimiz xəbər verir (VİDEO)
Gürcüstanın paytaxtı Tbilisidə kütləvi etiraz aksiyaları davam edir. BAKU.WS-in Gürcüstana ezam olunan müxbiri xəbər verir ki, təxminən 15-20 min insan Tbilisin...
