Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı
Pakistanın Kohat şəhərində polis məntəqəsinin ərazisində yerləşən məscidin yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə yüksəlib.
BAKU.WS Reuters-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də şəhərdəki "Police Lines" kompleksində baş verib.
Məlumata əsasən, içərisində partlayıcı maddələr olan avtomobillə kompleksin giriş qapısı dağıdılıb. Daha sonra avtomobil partladılıb. Güclü partlayış nəticəsində məscidin divarının bir hissəsi uçub, ətrafdakı binalara da ziyan dəyib.
Partlayışdan sonra ərazidə silahlı şəxslərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib.
Polisin məlumatına görə, kompleksə ümumilikdə 7 silahlı şəxs daxil olub. Onlardan 6-sı zərərsizləşdirilib.
Hadisə nəticəsində çox sayda insanın yaralandığı da bildirilir. Xilasetmə və axtarış işləri davam etdirilir.
Oxşar xəbərlər
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gə...