Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Təmayül tədris modeli tətbiq olunan məktəblərin əhatə dairəsi genişləndiriləcək.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verlişində deyib.
Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq olunan məktəblərin bəziləri yenidən yaradılıb:
"Həmin məktəblərin nəticələrini nəinki əvvəlki illərlə müqayisə etdikdə, eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük. Bütün bu nəticələrə, müsbət dəyişikliklərə və göstəricilərə əsasən layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar vermişik".
E. Bağırov əlavə edib ki, qısa müddət ərzində daha 90 məktəbin bu layihəyə qoşulması qərarlaşdırılıb:
"16 minə yaxın valideyn müraciəti qeydə alınıb. Artıq həmin məktəblərdə tədris prosesinə də start vermişik. Ümid edirik ki, növbəti tədris ilinin sonunda həmin məktəblər üzrə də yüksək nəticələrlə həm valideynləri, həm də ictimaiyyəti sevindirəcəyik".
Oxşar xəbərlər
Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir
Bəzi insanlar gün ərzində nə qədər iş görsələr də, yorğunluq hiss etmirlər. Digərləri isə adi gündəlik qayğılardan, uzun söhbətlərdən və hətta çox düşünməkdən b...