Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, sessiyada Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış edəcək.
Plenar sessiyada "QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması" mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Eyni zamanda tədbir çərçivəsində təşkilatın bir neçə komitəsinin iclaslarının keçirilməsi, təşkilati məsələlərə baxılması gözlənilir.
Bununla bərabər, Bakıda QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.
Oxşar xəbərlər
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Ermənistanın indiki Şirak vilayətində yerləşən, tarixi mənbələrdə Güllübulaq adı ilə tanınan kəndlə bağlı araşdırma hazırlanıb. Kənddə azərbaycanlılara məxsus q...