Azərbaycanlılar ermənilərdən azad olunmuş torpaqlarını ziyarət ediblər - FOTO
08
iyn
2018
09:57
Ötən ay Naxçıvanın cənub-şərq istiqamətində mövqelərinin düşmən işğalından azad edilməsindən sonra Şərur rayonun Günnüt kəndi Azərbaycan ordusunun nəzarəti altına keçib.BAKU.WS xəbər verir ki, yerli sakinlər azad edilən ərazilərə baş çəkiblər. Bu barədə “Facebook” sosial şəbəkəsinin “Hərbi xəbərlər və məlumatlar” səhifəsində məlumat yayılıb.Məlumatda bildirilir ki, bu yaxınlarda düşmən işğalından azad edilən Naxcıvanın Şərur rayonun Günnüt kəndinin əhalisi hərbçilərin müşayəti ilə kəndlərinə baş çəkiblər. Sakinlər dədə-baba qəbirlərin ziyarət ediblər.Qeyd edək ki, may ayında Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında muxtar respublikanın cənub-şərq istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək yeni strateji yüksəklikləri tutublar.BAKU.WS
Oxşar xəbərlər
Erməni mənbələri Azərbaycan ordusunun irəliləməsi haqda (VİDEO)
Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında muxtar respublikanın cənub-şərq istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkə...