Azərbaycandan Den Bilzeryanla bağlı növbəti addım

31
avq
2018
14:20
Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. "Siyahını rüb üzrə yeniləyirik. Den Bilzaryan, şübhəsiz ki, ora daxil ediləcək", - o deyib.Xatırladaq ki, daha əvvəl erməni əsilli ABŞ vətəndaşı, poker oyunçusu, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib, nümayişkaranə şəkilədə atəş açıb. Azərbaycan Baş Prokurorluğunda onun barəsində cinayət işi başladılıb, o, "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycan Qarabağa gedən milyonçunu beynəlxalq axtarışa verdi
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Den Bilzeryan barəsində beynəlxalq axtarış elan edilib.Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti...