Azərbaycanda yeni dövlət qurumu yaradıldı - 240 NƏFƏR İŞLƏYƏCƏK
26
iyn
2018
17:31
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. BAKU.WS AzərTAc-a istinadən xəbər verir ki, fərmanla mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılıb. Həmçinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.Bundan başqa “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu” təsdiq edilib.Yeni yaradılmış agentliyin nizamnamə fondu 5,0 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.Agentliyin aparatının işçilərinin say həddi 240 ştat vahidi müəyyənləşdirilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda gənclərlə bağlı yeni qurum yaradıldı – FƏRMAN
Martın 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imz...