İlham Əliyevdən vacib FƏRMAN

İlham Əliyevdən vacib FƏRMAN
Siyasət 5000
Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.BAKU.WS-in məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi təsdiq edilib.Mənzil İnşaatı Dövlət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:Azərbaycan Respublikasının Prezidentinə:Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;Agentliyin yenidən təşkili və ləğvi;təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;illik maliyyə hesabatlarının təsdiq edilməsi;xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;Agentliyə:Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, strukturunun təsdiq olunması.Müəyyən edilib ki, Agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100 milyon manat təşkil edir.Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra, “mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı dövlət əmlakı həmin Agentliyin balansına verilib.Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.BAKU.WS

Oxşar xəbərlər

AZƏRTAC publik hüquqi şəxsə çevrilir

AZƏRTAC publik hüquqi şəxsə çevrilir

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.BAKU.WS-in məlumatına görə, f...

998 Siyasət 20:29 19 dekabr 2017

Son xəbərlər