İlham Əliyev Nazirlər Kabinetinə tapşırıqlar verdi

İlham Əliyev Nazirlər Kabinetinə tapşırıqlar verdi
Sosial 1371

Azərbaycan Respublikası Prezidenti "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman verib. BAKU.WS-in məlumatına görə, yeni fərman əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsinin hansı dövlət orqanlarına həvalə edilməsi müəyyənləşdirilib. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidentinin cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi, cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələlərinə baxmaq səlahiyyəti var. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi həvalə edilib. Bununla yanaşı, NK-ya Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi məsələləri də həvalə edilib. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi həvalə edilib. Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və Prezidentə məlumat verməlidir. NK həm də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. BAKU.WS

Oxşar xəbərlər

Dövlət başçısı AzTV ilə bağlı fərman imzaladı

Dövlət başçısı AzTV ilə bağlı fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213...

2582 Siyasət 10:55 27 fevral 2016

Son xəbərlər