Azərbaycan səfirlik və konsulluqlarına yeni səlahiyyət verilib
27
avq
2018
19:56
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.BAKU.WS-in məlumatına görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10.7-2-ci bənd əlavə edilir:“10.7-2. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”.Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişiklik edilib.Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 14.20-1-ci bənd əlavə edilir:“14.20-1. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevdən torpaqla bağlı YENİ QƏRAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunund...