İqtisadiyyat Nazirliyinin strukturu dəyişib
28
dek
2017
18:40
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb.İqtisadiyyat Nazirliyinin vəzifələri sırasına Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını həyata keçirmək də daxil edilib.BAKU.WS
Oxşar xəbərlər
Prezident pensiya ilə bağlı MÜHÜM FƏRMAN İMZALADI
İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq...