Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb
Maliyyə Nazirliyinə yeni səlahiyyət verilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.
Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək səlahiyyətində olacaq.
Müvafiq olaraq Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”yə də dəyişiklik edilib. Agentliyin vəzifələri sırasına dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi və dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək əlavə edilib.
BAKU.WS
Oxşar xəbərlər
Prezident pensiyalarla bağlı fərman imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası...