Dövlət başçısı İham Əliyev Nazirliyə yeni səlahiyyətlər verdi
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, əsasnaməyə aşağıdakı yarımbənd əlavə edilib.
"3.0.48-1. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək”.
BAKU.WS
Oxşar xəbərlər
Kommersiya sirri hesab olunan məlumatları kimlər əldə edə bilər? - Prezident fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fə...