Sahibkarlıq sahəsində yoxlamalar daha 4 il müddətinə dayandırıldı
03
noy
2017
20:05
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli qanunun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.Dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilir:“1.2-1. həmin Qanunun 2.1-ci maddəsinin birinci cümləsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanı dedikdə dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı yoxlamalara münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;”;Beləliklə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılır.BAKU.WS
Oxşar xəbərlər
Prezident pensiya ilə bağlı MÜHÜM FƏRMAN İMZALADI
İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq...