DİN prezidentin fərmanı ilə bağlı biznesmenlərə müraciət etdi
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Dövlət Başçısının 2015-ci il 26 oktyabr tarixli Fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.
BAKU.WS-in məlumatına görə, bu haqda DİN mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal Nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur.
BAKU.WS
Oxşar xəbərlər
Nazir prezidentin tapşırığından sonra son xəbərdarlığını etdi
Energetika Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial–iqtisadi inkişafının...