Azərbaycan Prezidenti Ərdoğana başsağlığı verib
12
fev
2019
20:30
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.Dövlət başçısı İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbərin onu son dərəcə kədərləndirdiyini bildirib.Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. BAKU.WS-in xəbərinə görə, başsağlığı məktubunda deyilir:"Hörmətli...