Azərbaycanlı alimin adı Rusiyada aeroporta verildi
31
may
2019
16:17
Rusiya Prezidenti Vladimir Putin hava limanlarına xüsusi xidmətləri olan şəxsiyyətlərin adlarının verilməsi barədə sənəd imzalayıb.BAKU.WS prezidentin rəsmi portalına istinadən xəbər verir ki, sənəddə yeri alan dahilərin adları ötən il keçirilən səsvermə nəticəsində müəyyənləşdirilib.Qərara əsasən azərbaycanlı geoloq Fərman Salmanovun adı Surqut şəhər hava limanına verilib.Qeyd edək ki, 2007-ci ildə vəfat etmiş Salmanov Fərman Qurban oğlu 60-cı illərin əvvəlində Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etməklə sovet neft sənayesinin inkişafına xüsusi töhfə verib. Onun axtarışları nəticəsində 1962-ci ilin 15 noyabrında Qərbi-Surqut neft yatağı kəşf olunub.O, Sosialist əməyi qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru olub. 1987-1991-ci illər arası SSRİ Geologiya nazirinin birinci müavini vəzifəsini tutub.
Oxşar xəbərlər
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.BAKU.WS xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.Heydər Əlirza oğlu...