Rusiya ABŞ-la anlaşmanı pozdu
04
mar
2019
20:32
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Orta və kiçik mənzilli raketlərin məhv edilməsi Müqaviləsindən çıxması haqqında əmr imzalayıb.ONA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Rusiya XİN-ə müqavilə iştirakçılarına, o cümlədən ABŞ-a bu barədə məlumat vermək tapşırılıb.Sənəddə bildirilir ki, “ABŞ müqavilə üzrə öhdəliklərinin pozulmasını aradan qaldırana və ya onun müddəti başa çatana qədər Rusiya müqavilədən çıxır”.Qeyd edək ki, Orta və kiçik mənzilli raketlərin məhv edilməsi Müqaviləsi 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ lideri Mixail Qorbaçov tərəfindən imzalanıb.BAKU.WS
Oxşar xəbərlər
Rusiya BMT-də ABŞ-la müharibəyə hazırlaşdığını bəyan edib
Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov B...