Azərbaycan Prezidenti Vladimir Putinə telefonla zəng edib

Azərbaycan Prezidenti Vladimir Putinə telefonla zəng edib
Siyasət 1889
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.BAKU.WS

Oxşar xəbərlər

Prezident İlham Əliyev Vladimir Putinə məktub göndərib

Prezident İlham Əliyev Vladimir Putinə məktub göndərib

Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli Vladim...

2152 Siyasət 13:25 10 iyun 2017

Son xəbərlər