Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Çinə səfər çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüşdük. İki ölkə arasında dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik.
BAKU.WS xəbər verir ki, bunları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
"2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275 % artdığı qeyd edildi.
Liu Jenfanq Çinin Orta Dəhlizin Cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış "Middle Corridor Multimodal" şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirdi", - nazir qeyd edib.
Oxşar xəbərlər
Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək
"TRIPP dəhlizinin tam şəkildə işə düşməsi Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə...