Azərbaycanın İraqdakı səfiri geri çağırılıb
16
dek
2024
17:12
Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".
Oxşar xəbərlər
Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb
2023-cü ilin yayında Ermənistan Qərblə birləşərək Qarabağda guya aclığın və humanitar fəlakətin yaşanması ilə bağlı saxta kampaniya aparıb. Bütün bunlar Erməni...