Azərbaycan "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib
Yeniliklərdən dərhal xəbərdar olun
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
BAKU.WS xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasının "Rossotrudniçestvo" agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
O qeyd edib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.
"Azərbaycan tərəfinin ölkəmizdə "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir",-məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu Ermənistan işğalçı ordusunun tərk etməsindən 6 il ötür. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin...