Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub.
BAKU.WS xəbər verir ki, görüşdə Türkiyə Prezidenti və Pakistanın Baş naziri Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə dövlətimizin başçısını bir daha təbrik edib, Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.
Söhbət zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib.
Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, təbrikdə deyilir: Hörmətli İlh...