Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

06
fev
2020
15:51
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Türkiyə xalqına başsağlığı verib
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Başsa...
