Prezident İlham Əliyev Türkiyə xalqına başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə xalqına başsağlığı verib
Siyasət 1319

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım, Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Son xəbərlər