Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi

Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi
Siyasət 831
"Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar".Bu barədə Azərbaycanın bu olkədəki səfirliyindən bildirilib.Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində Səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar. "Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə Səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq Nota göndərilmiş və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanmışdır. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür", - deyə məlumatda vurğulanır.(apa)

Son xəbərlər