Bakıda vətəndaşlar Fuad Abbasova belə dəstək oldular – VİDEO
24
may
2019
09:43
Azərbaycan vətəndaşları Rusiyada həbs edilən jurnalist və blogger Fuad Abbasova dəstək verdiklərini nümayiş etdiriblər.BAKU.WS xəbər verir ki, vətəndaşlar avtobuslara və dayanacaqlara Fuad Abbasovun şəklini paylaşıblar. Fotoda “Hər birimiz Fuad Abbasova dəstək olaq”, yazılıb.Dəstək aksiyasının görüntüləri sosial şəbəkələrdə yayılıb və böyük rəğbətlə qarşılanıb.Qeyd edək ki, mayın 16-da Rusiyada jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun qollarına qandal vurularaq öncə polis bölməsinə, sonra isə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə aparılıb.Mayın 17-də Moskva Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərarını qüvvədə saxlayıb.Mayın 20-də vəkil Elman Paşayev onunla görüşüb. Vəkil Fuad Abbasovun Rusiyadan deportasiya olunması ilə bağlı qərarın mayın 26-da qüvvəyə minəcəyini, mayın 28-də isə onun Azərbaycana deportasiya edilə biləcəyini söyləyib.
Oxşar xəbərlər
Fuad Abbasovun azadlığa çıxması iddiasına vəkilindən AÇIQLAMA
Sosial şəbəkələrdə və bəzi saytlarda tanınmış jurnalist Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılmaqdadır. Musavat.com bildirir ki, bu məlumatlar təəssüf ki,...