Avropa Parlamentindən UEFA-ya ÇAĞIRIŞ: “Qazprom”la əməkdaşlığı dayandır!
Avropa Parlamentinin avstriyalı deputatı Hannes Hayde Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) “DXR” və “LXR”-in suverenliyinin tanınması ilə bağlı yaranmış vəziyyətə görə “Qazprom”la əməkdaşlığı dayandırmağa çağırıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, həmçinin Avropa Parlamentinin deputatları UEFA-dan mayın 28-də Sankt-Peterburqdan keçiriləcək Çempionlar Liqasının finalını təxirə salmağı tələb ediblər.
Xarici KİV-də yayılan məlumatlara görə, idman yayımçıları UEFA-ya çərşənbə günü Çempionlar Liqasının oyunlarının işıqlandırılması zamanı “Qazprom”un reklamlarının göstərilib-göstərilməməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
Hesablamalara görə, hazırda Çempionlar Liqasının sponsoru olan “Qazprom”la müqavilə UEFA-ya mövsümdə ərzində 40 milyon avro gəlir gətirir.
Oxşar xəbərlər
Kanada Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək
Kanada “DXR” və “LXR” adlanan separatçı qurumların müstəqilliyinin tanınması ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək. BAKU.WS oxu.az-a is...