Atəşkəsdən sonra Qəzzaya humanitar yardımlar yola düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzzaya yardım üçün yük maşınları daxil olmağa başlayıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, İsrail ilə Həmas arasında əldə edilən atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra humanitar yardım yük maşınları Misir tərəfdən Rəfah sərhəd-keçid məntəqəsindən Qəzza zolağına daxil olmağa başladı.
Misirin "Əl-Qahirə əl-İhbariyyə" kanalı xəbər verir ki, Rəfah sərhəd-keçid məntəqəsində gözləyən humanitar yardım yüklü maşınlar artıq Qəzza zolağına keçid edib.
Fələstin mənbələri isə bildirib ki, Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsinə çatan 95 yük maşını atəşkəsin qüvvəyə minməsini gözləyirdi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Tikinti Agentliyi (UNRWA) tərəfindən göndərilən 4 min yük maşını dolusu humanitar yardımın da Qəzzaya daxil olmaq üçün hazır vəziyyətdə gözlədiyi qeyd olunub.
Qeyd edək ki, Həmas və İsrail arasında əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşmasının Bakı vaxtı ilə saat 12:30-da qüvvəyə minməsi gözlənilirdi. Tel-Əviv rəhbərliyi isə "təqdim ediləcək 3 əsirin adı açıqlanana qədər" atəşkəsin qüvvəyə minməyəcəyini bəyan etmişdi.
Həmas bu gün Qəzzədən azad olunacaq əsirlərin siyahısını dərc etdikdən sonra İsrail atəşkəsin Bakı vaxtı ilə saat 15:15-də başladığını elan edib.
Oxşar xəbərlər
Zakir Həsənov helikopter qəzasına görə Yaşar Gülərə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib. Bu barədə BAKU.WS-ə Müda...