AŞ-nın baş katibi Kiyevə səfər üçün dəvət gözləyir

AŞ-nın baş katibi Kiyevə səfər üçün dəvət gözləyir
Siyasət 40

Kiyevə hər zaman səfər etməyə hazıram.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.

O çıxışında Ukrayna xalqı ilə həmrəy olduğunu, onların dözümlülüklərini alqışladığını bildirib.

Baş katib qeyd edib ki, Kiyevə istənilən vaxt səfər etməyə hazırdır: "Mən Ukrayna səlahiyyətliləri ilə sıx əlaqədəyəm. Ancaq Kiyevə səfərim üçün qaydalara əsasən, ilk olaraq Ukrayna tərəfindən dəvət gəlməlidir. Ümid edirəm ki qısa zamanda Kiyevə tezliklə səyahət edə biləcəyəm”.

Oxşar xəbərlər

İslamofobiyanın artdığı Avropa ölkələri açıqlandı - SİYAHI

İslamofobiyanın artdığı Avropa ölkələri açıqlandı - SİYAHI

2020-ci ildə Avropada İslamofobiya meylləri və müsəlmanlar əleyhinə etirazlar artıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 37 ölkədən olan akademikin i...

301 Siyasət 19:26 03 yanvar 2022

Son xəbərlər