İslamofobiyanın artdığı Avropa ölkələri açıqlandı - SİYAHI

İslamofobiyanın artdığı Avropa ölkələri açıqlandı - SİYAHI
Siyasət 298

2020-ci ildə Avropada İslamofobiya meylləri və müsəlmanlar əleyhinə etirazlar artıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 37 ölkədən olan akademikin iştirakı ilə hazırlanan "Avropa İslamofobiya hesabatı-2020"də 31 Avropa ölkəsində İslamofobiya gedişatı izlənilib.

Bundan başqa, hesabatda BMT və Avropa Komissiyası başda olmaqla bir sıra beynəlxalq təşkilatların Avropada İslamofobiya ilə bağlı araşdırmaları da öz əksini tapıb.

Avropa Komissiyasının dərc etdiyi "İnternetdə qeyri-qanuni nifrət çağırışlarına qarşı mübarizə" adlı hesabatda internetdə nifrət çağırışlarının 9,4%-nin İslam dini əleyhinə olduğu bəlli olub.

Avropa Birliyinin (AB) hesabatına görə isə, AB vətəndaşlarının 22%-i müsəlmanlarla qonşu olmaqdan narahatdır və işəgötürənlərdən 21%-nin örtüklü müsəlman qadını işə götürməməsi ilə bağlı dəlillər mövcuddur. Avropa Komissiyasının "İrqçilik və dözümsüzlük" hesabatında Avropa Şurasının baş katibi Mariya Pejcinoviç Buriç bunları qeyd edib:

"Avropa qorxulu reallıqla qarşı-qarşıyadır. Antisemitizmə, müsəlmanlara qarşı və digər irqçi-nifrət cinayətlər narahatlıq yaradacaq sürətlə artır".

Qeyd edək ki, hesabata görə İslamofobiya meylləri daha çox Avstriya, Belçika, Danimarka, Almaniya, Finlandiya, Fransa, Yunanıstan, Hollandiya və İngiltərədə artmaqdadır.

Son xəbərlər