"Arqument i Faktı": "Azərbaycan xalqı prezidentini seçib"
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev 93,9 faiz səs qazanıb.
Bununla bağlı "exit-poll" məlumatlarını Bakıda keçirilən brifinqdə ABŞ-nin “Oracle Advisory Group” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası yerli təşkilatının nümayəndələri təqdim ediblər.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Arqument i Faktı" nəşri yazıb.
“Hazırkı prezidentin səlahiyyət müddəti bitməmiş yeni səsvermə nəyə görə lazım idi? Fakt budur ki, 2023-cü ildə Azərbaycan Qarabağa nəzarəti bərpa edib.
Məhz buna görə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün respublikada növbədənkənar seçkilərin keçirilməsi qərara alınıb. Azərbaycan rəsmiləri səsverməni tarixi adlandırır", - nəşrdə qeyd edilir.
Fevralın 7-də İlham Əliyev məhz Qarabağda, daha doğrusu Xankəndidə özü səs verib.
Seçkilərin iş gününə təyin edilməsinə baxmayaraq, Azərbaycan xalqı elə səhər saatlarından (seçki məntəqələri saat 8-də açılıb, 19-da bağlanıb) bu və ya digər namizədə səs verməyə tələsdi.
Seçkilərin şəffaflığı seçki məntəqələrində yerləşən 1000-ə yaxın veb-kamera, həmçinin MDB, ATƏT, Türk Dövlətlərinin Parlament Assambleyası və digər təşkilatlardan çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən təmin edilib.
Bakıya gəlmiş MDB-nin baş katibi Sergey Lebedevin verdiyi məlumata görə, yanvarın 17-dən burada Birlik ölkələrindən olan müşahidəçilər missiyası işləyir: "Səhər seçki məntəqələrinə getdim və demək istəyirəm ki, səsvermə mütəşəkkil şəkildə keçirilir.
Böyük fəallıq var. Biz bunu Azərbaycan vətəndaşlarının ölkədə sülh və əmin-amanlığın hökm sürməsinə böyük marağı kimi qiymətləndiririk.
Son dərəcə maraqlıyıq ki, Cənubi Qafqazda sülh və sabitlik bərqərar olsun, Azərbaycanın və qonşu dövlətlərin daha da mütərəqqi inkişafı üçün şərait yaradılsın”, - o media nümayəndələri ilə söhbətində bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...