Arıqlamağın gizli silahı bu imiş, hər səhər 3 ədəd... - FOTO
Badam, bol E vitamini tərkibi ilə ən faydalı çərəzlərdən biridir. Günə xüsusilə səhər badam yeyərək başlamaq orqanizminizə müxtəlif faydalar verə bilər.
BAKU.WS xarici KİV-ə istinadən onun bir sıra faydalarını təqdim edir:
Beyin sağlamlığını gücləndirir
Badam riboflavin və L-karnitinin zəngin mənbəyidir, beyin funksiyasının yaxşılaşmasına çalışan çərəz növüdür. "Journal of Nutrition"da dərc edilən bir araşdırma, badamın beyindəki iltihabı azaltmağa kömək edə biləcəyini və Alzheimer kimi xəstəlik riskini azaltdığını müəyyən edib. Günə bir neçə badamla başlamaq beyninizə lazım olan sağlamlığı verə bilər.
Həzm sisteminin yaxşılaşdırır
Sağlam həzm sistemi üçün badam vacibdir. Badam müntəzəm bağırsağa kömək edən və qəbizliyin qarşısını alan liflə zəngindir. "American Journal of Clinical Nutrition"ın araşdırmasına görə, badamın prebiyotik xüsusiyyətləri faydalı bağırsaq bakteriyalarının böyüməsini təşviq edərək həzm sağlamlığınızı yaxşılaşdırır.
Ürək sağlamlığını qoruyur
Badam ürək sağlamlığı üçün yaxşı hesab edilən mono doymamış yağlarla doludur. "British Journal of Nutrition" tərəfindən edilən bir araşdırma, bu yağların pis xolesterinin (LDL) səviyyəsini azaltmağa və yaxşı xolesterolun (HDL) səviyyəsini artırmağa kömək etdiyini göstərilib. Səhər üç badam yemək ürək-damar sağlamlığını yaxşılaşdıra və ürək xəstəliyi riskini azalda bilərsiniz.
Sümükləri gücləndirir
Güclü sümüklər aktiv həyat tərzi keçirmək üçün həyati əhəmiyyət kəsb edir və badam da bu sahədə kömək edə bilər. Badam sümük sağlamlığı üçün lazım olan kalsium və fosforun yaxşı mənbəyidir. "Journal of Nutrition and Metabolism" jurnalında, bu mineralların sümük sıxlığını artırmağa və sınıq riskini azaltmağa kömək etdiyini bildirilib.
Arıqlamağa kömək edir
Badam zülal və liflə zəngindir; həm toxluq hissini artırır, həm də ümumi kalori qəbulunu azaldır. Beynəlxalq araşdırmalara əsasən, pəhrizinizə badamın daxil edilməsinin kilo verməyə kömək edə biləcəyini və çəki artımının qarşısını ala biləcəyini göstərilib. Səhər üç badam yemək aclığı yatırmağa kömək edə bilər və çəki idarə etmədə sizi dəstəkləyə bilər.
Oxşar xəbərlər
Mütəxəssis sadaladı: Bu 13 qidadan istifadə edənlər qocalıqdan əziyyət çəkməyəcək - FOTO
Sağlam həyat üçün nizamlı və balanslı qidalanmanın vacib olduğu həqiqətdir. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, həkim Derya Can hüceyrələri canla...