Aprel müharibəsi ilə bağlı ermənilərdən ŞOK açıqlama: tanklara tökməyə dizel yox imiş
Ermənistanın baş naziri Karen Karapetyanın bu günlərdə ötən il Qarabağdakı aprel döyüşləri zamanı erməni ordusunun yanacaq problemi ilə üzləşdiyi barədə sensasion bəyanatı ilə bağlı qalmaqal səngimir.
Virtualaz.org xəbər verir ki, indi qondarma "dqr baş naziri” bu problemin yarandığını etraf edib və aprel döyüşləri zamanı, habelə ondan sonrakı aylarda hərbi texnikanın, avtomobil və mühəndis texnikasının keyfiyyətsiz dizel yanacağı üzərində işə düşmədiyini, yaxud sıradan çıxdığını təsdiqləyib.
"Joqovurd” qəzeti baş nazir Karapetyanın aprel döyüşləri zamanı hərbi texnikanın keyfiyyətsiz dizel yanacağına görə işə düşmədiyi haqda bəyanatını araşdıraraq müəyyən edib ki, Ermənistana, eləcə də Dağlıq Qarabağa illər boyu keyfiyyətsiz dizel yanacağı idxal edilib. Nəticədə bu yanacaq təkcə hərbi texnikanı deyil, kənd təsərrüfatı texnikasını və avtomobil nəqliyyatını da sıradan çıxarıb. Bunu qəzetə qondarma "dqr baş naziri” Ara Arutyunyan deyib. Onun sözlərinə görə, həm aprel döyüşləri zamanı, həm ondan sonra ordunun ehtiyacları üçün işləyən podratçı şirkətlər yanacaq problemi ilə üzləşiblər. Çünki "hökumət” yanacağı təcili qaydada "fərdi təchizatçılardan” almalı olub. "Başa düşmək lazımdır ki, əgər bazarda keyfiyyətsiz yanacaq varsa təcili satınalmalar zamanı belə problemlər meydana çıxa bilər”-Arutyunyan bildirib.
Qeyd edək ki, aprel döyüşlərinə dair yayılan görüntülərdə Ermənistan işğalçı qüvvələrinə məxsus sınıq-salxaq avtomobil texnikasını, tankları görmək olurdu. Həmin döyüşlər zamanı ordunun ciddi təchizat problemlərinin üzə çıxması nəticəsində Ermənistan Müdafiə Nazirliyində təlatümlər başladı. Generallar, digər yüksək rütbəli zabitlər işdən qovuldu və həbs edildi, müdafiə naziri Seyran Ohanyan bir qədər gec də olsa vəzifəsini itirib Sərkisyana qarşı müxalifətə keçdi. Və belə görünür ki, həmin günlərdə Azərbaycan ordusu daha böyük qüvvə ilə hücuma keçsəydi və hərbi əməliyyatlar 4 gün sonra dayandırılmasaydı Ermənistan ordusunun darmadağın edilməsi doğrudan da qaçılmaz olacaqdı...
Bir çoxlarına görə Ermənistan baş naziri orduda yanacaq problemini ona görə məhz indi gündəmə gətirib ki, bu, hakimiyyətin keçmiş müdafiə naziri Seyran Ohanyanı oyundan çıxarmaq planlarına xidmət edir. Axı Ohanyan və ya onun daxil olduğu "üç O..” bloku özünü qarşıdakı aprel seçkilərində hakimiyyətə əsas alternativ hesab edir.
Lakin mətbuat yazır ki, Ohanyan onun mövqelərini zəiflətmək cəhdlərinə qarşı dözmək fikrində deyil. Məlumata görə keçmiş müdafiə naziri yaxın çevrəsində deyib ki, keyfiyyətsiz yanacaq problemi var, ancaq buna görə bir başqası yox, prezident Serj Sərkisyana yaxın oliqarx Barseq Bəyləryan məsuliyyət daşıyır. Çünki Bəyləryanın "Fleş” şiirkətlər qrupu Ermənistana neft məhsullarının idxalı üzrə inhisarçıdır və məhz onun şirkəti kerosini dizel yanacağı ilə qarışdırıb istehlakçılara sırıyır. Məlumata görə Ohanyan deyib ki, əgər birdən kimsə bu yanacaq məsələsinə görə məsuliyyəti önün üzərinə yıxmağa cəhd eləsə o zaman susmayacaq və "ziyanvericilərin” adlarını ictimaiyyətə açıqlayacaq.
BAKU.WS
Oxşar xəbərlər
Aprel döyüşlərinin heç yerdə görmədiyiniz döyüş anı (VİDEO)
Azərbaycan ordusunun aprel döyüşlərindəki hərbi əməliyyatları zamanı çəkilən yeni görüntülər yayılıb. BAKU.WS-in məlumatına görə, Qarabağda aprel ayının əvvəl...