Aprel döyüşləri ermənilərə baha başa gəldi: Generallar zindana atıldı

Aprel döyüşləri ermənilərə baha başa gəldi: Generallar zindana atıldı
Siyasət 1580
 

Aprel döyüşlərindən sonra Ermənistan ordusunda həbslər başlayıb. General Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.

BAKU.WS-in "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın İstintaq Komitəsinın rəhbəri Sona Truzyan "Facebook” səhifəsində yazıb.

Çilingəryan mayın 20-də  Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə vəzifəsindən azad olunub.

Mayın 18-də isə Ermənistan silahlı qüvvələrinin polkovnik David Abrahamyana vəzifəsindən  sui-istifadə ettmə maddəsi ilə cinayət işi açılıb.

İstintaq Komitəsinin məlumatına görə, onun qarşında ittihamlar irəli sürülüb. Ermənistanın Müdafiə Nazirliyinə dəymiş ziyanın tam ödənilməsi tələb olunur. 

Aprel hadisələrində sonra Ermənistan ordusunun bir neçə  yüksək vəzifəli hərbçisi işdən azad edilib. Serj Sarkisyanın əmri ilə  Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, baş qərargahın kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan, generali Melsik Çilingəryan, ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.

Polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad olunmasına daha qeyri-adi səbəblər gətirilirdi.  

Onun vəzifəsindən azad edilməsinin əsas səbəbi kimi aprel döyüşləri zamanı müəmmalı şəkildə yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra geri qayıtmasıdır. Bu məlumatlara münasibət bildirən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, onda olan məlumata görə, polkovnik aprel döyüşləri zamanı məzuniyyətdə olub:

"Mətbuat nümayənləri sual verir ki, polkovnik Arutyun Əmirxanyan döyüşlər zamanı işdə olmadıqda onun vəzifəsini kim icra edib? Belə olan halda qanunla onun vəzifəsini müavini icra edib”.

Əmirxanyanın aprel döyüşləri zamanı yoxa çıxmasını mətbuat onun ayağının sınması və müalicə olunması ilə əsaslandırmağa çalışsa da, bu, öz təsdiqini tapmayıb.

BAKU.WS

Son xəbərlər