"Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb
14
okt
2026
23:48
Antiqua və Barbuda bayrağı altında üzən "Cape Dao" quru yük gəmisi mərmi zərbəsinə məruz qaldıqdan sonra Hörmüz boğazı yaxınlığında batıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.
Qeyd olunub ki, gəmiyə sentyabrın 23-də zərbə endirilib.
Gəminin operatoru Birləşmiş Ərəb Əmirliklərinin "Peonies Shipmanagement FZE" şirkətidir.
Qeyd edək ki, bu gün daha əvvəl Hörmüz boğazında dəniz minasının partlaması nəticəsində göyərtəsində 2,5 min konteyner olan konteyner gəmisinin də batdığı məlum olub.
Oxşar xəbərlər
İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil
Tehran Fars körfəzi regionunda münaqişənin həlli ilə bağlı nəticə verməyən danışıqları və müharibəni sonsuzadək davam etdirmək niyyətində deyil. BAKU.WS "Report...