Sergey Lavrov Bakıda keçiriləcək sammitdə iştirak edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sammitdə AQEM-in gələcək inkişafı və təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.
Tədbir çərçivəsində praktiki əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən Rusiyanın kuratorluq etdiyi kiçik və orta sahibkarlığa dəstək, eləcə də beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinin nəzərdən keçirilməsi nəzərdə tutulur.
Sammit iştirakçıları, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Oxşar xəbərlər
Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib
Rusiya Saxalin adasında çalışan yapon jurnalist Yuki İmaiyi casusluq ittihamı ilə həbs edib. O, Rusiyanın müdafiə imkanları barədə məlumat toplamaqda və həmin m...