AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur
Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.
BAKU.WS xəbər verir ki, bunu AMB bəyan edib.
"Komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq, son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
Yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq
"Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşınma xərclərinin 70%-dək hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur". BAKU.WS APA-ya...