Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək

Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək
İqtisadiyyat 21

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında iştirak məqsədilə Tailandın paytaxtı Banqkoka işgüzar səfəri başlayır.

BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, İllik Toplantılar çərçivəsində nümayəndə heyətinin Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında və bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur. Bu müddətdə Dünya Bankı və IMF-nin rəhbər vəzifəli şəxsləri, aparıcı maliyyə-investisiya institutlarının nümayəndələri və təşkilatların rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər