Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.
BAKU.WS bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Hazırda kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliy...