Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
Foto
Siyasət 23

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəldim. Regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması, eləcə də Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi məsələlərinə dair konstruktiv dialoq gözləyirəm", - K.Sinqh yazıb.

Qeyd edək ki, AQEM-in VII sammiti oktyabrın 15-də Bakıda təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Son xəbərlər