Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq: Bazarlardakı vəziyyət qiymətləndiriləcək
Azərbaycanda ölkə və regionlar üzrə rəqabət səviyyəsinin qiymətləndirilməsi üçün göstəricilər sisteminin və rəqabət xəritəsinin hazırlanması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov III Milli Rəqabət Forumunda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, rəqabət mühitinin inkişafını qiymətləndirmək üçün bazarların nə dərəcədə açıq və səmərəli olduğunu, investisiyalar üçün hansı imkanlar yaratdığını, eləcə də rəqabətin iqtisadi fəaliyyətə real təsirini ölçmək vacibdir.
Bu məqsədlə hazırlanması nəzərdə tutulan rəqabət xəritəsi bazarlardakı vəziyyətin daha dəqiq qiymətləndirilməsinə və qərarların konkret göstəricilər əsasında qəbul edilməsinə xidmət edəcək.
Məsələ 2027–2029-cu illər üzrə rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planında əksini tapıb.
Elnur Bağırov bildirib ki, sağlam rəqabət bazarlarda resursların daha səmərəli bölüşdürülməsinə, müəssisələrdə məhsuldarlığın yüksəlməsinə, yeni investisiyaların və innovasiyaların təşviqinə şərait yaradır. Eyni zamanda, bazara daxil olmaq üçün açıq imkanların mövcudluğu sahibkarlıq təşəbbüslərini genişləndirir və istehlakçıların seçim imkanlarını artırır.
Oxşar xəbərlər
Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb
Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, ixrac xərclərinin azaldılması və yeni investisiya layihələrinin təşviqi istiqamətind...