Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı üçün geniş islahatlar aparılıb
Azərbaycanda energetika sektorunda rəqabət mühitinin gücləndirilməsi məqsədilə son illərdə qanunvericilik və institusional sahələrdə bir sıra islahatlar həyata keçirilib. Bu prosesdə altı yeni qanunun qəbulu mühüm rol oynayıb.
BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, xarici investorların iştirakı ilə ənənəvi enerji potensialı gücləndirilir, eyni zamanda bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası sürətlənir. Yeni istehsal güclərinin yaradılması və özəl sektorun iştirakının genişləndirilməsi də sektorun inkişaf istiqamətləri sırasındadır.
Pərviz Şahbazovun sözlərinə görə, energetika sahəsində rəqabət prinsipləri tətbiq edilərkən sektorun texnoloji və iqtisadi xüsusiyyətləri nəzərə alınmalıdır.
O vurğulayıb ki, elektrik enerjisinin və təbii qazın ötürülməsi və paylanması təbii inhisar xarakteri daşıyır. Təchizatın fasiləsizliyinin təmin edilməsi və enerji sisteminin təhlükəsizliyinin qorunması bu sahələrdə effektiv dövlət tənzimlənməsini zəruri edir.
Nazir bildirib ki, rəqabətin mümkün olduğu istiqamətlərdə bazar iştirakçıları üçün bərabər imkanların yaradılması, təbii inhisar sahələrində isə şəffaflığın və səmərəliliyin artırılması, istehlakçı hüquqlarının qorunması əsas prioritetlərdəndir.
Oxşar xəbərlər
Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb
Sahibkarlara göstərilən dövlət dəstəyinin əsas məqsədi investisiya imkanlarını artırmaq, biznesin inkişafına mane olan çətinlikləri aradan qaldırmaq və özəl sek...